Home » ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

by ulviyya
0 rəy 13 baxış 1 dəqiqə oxuma

19 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclas zamanı rəqəmsal ödəniş ekosistemi sahəsində qanunvericilik bazasında aparılan islahatlar, statistik hesabatlığın təkmilləşdirilməsi, elektron ticarət şəbəkəsi üzərindən həyata keçirilən ödəniş əməliyyatları, həmçinin təsərrüfat subyektlərinin kateqoriya kodlarının (MCC code) müəyyən edilməsi və tətbiqi üzrə atılacaq addımlar müzakirə edilmişdir.

Ekspertlər tərəfindən həmçinin, ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatları üzrə məlumat təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericilik tələbi bir daha qeyd edilərək ümumi yanaşmanın tətbiqi diqqətdə saxlanılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.