Home » ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşa şəhərində işgüzar görüşü keçirilib

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşa şəhərində işgüzar görüşü keçirilib

by Aytac
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə təşkilatçılığı ilə 29-30 iyun 2024-cü il tarixlərində ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin mədəniyyət paytaxtımız olan Şuşa şəhərində “Qarabağda rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması: innovativ ödəniş xidmətləri, müasir ödəniş həlləri” mövzusunda işgüzar görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ABA-nın icraçı direktoru Yunus Abdulov ABA və onun üzv təşkilatları üçün növbəti strateji dövrdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, sektorda rəqəmsallaşmanın dərinləşməsi, vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi fonunda ölkəmizin bütün regionlarında rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması, eləcə də yeni bizneslərin maliyyələşməsinə dəstək göstərilməsinin prioritet hədəf olduğunu qeyd etmişdir.

Sözü alan “Visa Inc.” beynəlxalq ödəniş sisteminin Baş direktoru və Azərbaycan üzrə meneceri Nurlan Hacıyev “Visa” tərəfindən ödəniş xidməti təchizatçıları, o cümlədən banklarla əməkdaşlığa xüsusi önəm verildiyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və ekosistem iştirakçıları ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin inkişaf etdirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətin uğurla davam etdirildiyi qeyd edilmişdir.

Daha sonra, çıxış edən ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov ölkəmizin bütün regionları kimi Qarabağda, xüsusilə də doğma Şuşa şəhərində rəqəmsal ödənişlərin qabaqcıl beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi və bu istiqamətdə vahid konsepsiyanın tətbiqinin zəruri olduğunu qeyd etdi.

Görüşün sonunda “Visa Inc.” beynəlxalq ödəniş sistemi tərəfindən ölkəmizdə rəqəmsal ödənişlərin inkişafı, innovativ ödəniş həll və texnologiyaların tətbiqi və digər nominasiyalar üzrə banklar təltif edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.