Home » ABA-nın təşkilatçılığı ilə Naxçıvanda növbəti ağacəkmə aksiyası keçirilib

ABA-nın təşkilatçılığı ilə Naxçıvanda növbəti ağacəkmə aksiyası keçirilib

by Zeyneb
0 comments 10 views 1 minutes read

4 noyabr 2025-ci il, Naxçıvan. — 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü ərəfəsində  Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə  Pircuvar Dövlət Meşəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində 3,5 hektar ərazidə 2 200 ədəd ağac əkilib.

Artıq üçüncü ildir ki, həyata keçirilən bu ekoloji təşəbbüsdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən maliyyə assosiasiyalarının nümayəndəliklərinin rəhbərləri və əməkdaşları da fəal iştirak ediblər.

Tədbir, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.

Qeyd edək ki, ötən il Memorandumun iştirakçıları, Mərkəzi Bankın Naxçıvan MR İdarəsi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Kəngərli rayonu ərazisində 10 hektar sahədə 10 mindən çox ağac əkmiş və həmin ərazidə suvarma sistemləri quraşdırmışdır.

ABA-nın təşkilatçılığı ilə həyata keçirilən bu aksiyanın məqsədi ölkədə ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və ekosistemin bərpasına töhfə verməkdir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 22 bank, 2 qeyri-bank kredit təşkilatı və 3 digər qurum olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.