Home » ABA rəhbər heyəti Türkiyədə keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər

ABA rəhbər heyəti Türkiyədə keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər

by anar
0 comments 2 views 1 minutes read

26 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər.
Türkiyə Banklar Birliyinin (TBB), Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) ilə birgə təşkil olunan Forumda dövlət və özəl bankların rəhbərləri, tənzimləyici qurumların və ödəniş sistemləri təşkilatlarının 700 yaxın nümayəndəsi iştirak etmişdirlər.
Tədbirdə açılış nitqi ilə TBB İdarə Heyətinin sədri Alpaslan Çakar, TCMB-nin prezidenti Dr. Fatih Karahan eləcə də TCMB sədr müavini Prof. Dr. Hatice Karahan və BDDK sədr müavini Dr. Mustafa Aydın çıxış etmişlər. Çıxışlarda ödəniş sistemlərinin maliyyə sabitliyi və rəqəmsallaşma proseslərindəki həyati rolu vurğulanmışdır
Beş tematik panel üzrə ödəmə sistemlərinin hazırkı vəziyyəti, texnoloji yeniliklər, təhlükəsizlik tədbirləri və regional yanaşmalar kimi mövzular ətrafında müzakirələr aparılmışdır.
ABA-nın rəhbər heyəti Foruma Türkiyə Banklar Birliyinin ikitərəfli əməkdaşlıq çərçivəsində dəvət edilmişdirlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.