ABA tərəfindən İT və Ödəniş sistemləri əməkdaşları üçün növbəti vebinar keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi vebinarlar keçirir.

Bu tədbirlərin davamı olaraq, bankların informasiya texnologiyaları və rəqəmsal ödənişlər sahələrində çalışan nümayəndələri üçün növbəti vebinar 5 aprel 2021-ci il tarixində təşkil edilmişdir.

Vebinarın proqramı üç istiqamətdə olub, “Məlumat ötürmə şəbəkələrinin işi və monitorinqinin sabitliyinin təmin edilməsi” mövzusunda “Inoventica” şirkətininbeynəlxalq əməkdaşlıq üzrə rəhbəri Kseniya Çekunovanın, “İT infrastrukturundakı nasazlıqların qarşısını necə almaq olar?” mövzusunda “MONQ AIOps” şirkətinin icra şöbəsinin  rəhbəriSerqey Radçenkonun və “Mobil elektron imza: müştərinin işini asanlaşdırmaq və bankdakı təhlükəsizlik səviyyəsini artırmaq” mövzusunda “Safe Guard” şirkətinin layihə rəhbəri Artyom Fomiçevin çıxışlarını əhatə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır