Home » ABA və BMK arasında görüş keçirilmişdir

ABA və BMK arasında görüş keçirilmişdir

by anar
0 comments 2 views 1 minutes read

20 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər şəxsləri və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) nümayyəndə heyyəti arasında görüş keçirilmişdir.

Görüş zamanı ölkəmizdə Mərkəzi Bankın “2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası”nda əksini tapan sindikat maliyyələşməsi bazarının inkişafı perspektivləri müzakirə edilmişdir.

Bundan əlavə ABA və BMK arasındakı əməkdaşlığın strateji prioritetləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.