Home » ABA və Koreya Kredit Bürosu arasında görüş keçirilib

ABA və Koreya Kredit Bürosu arasında görüş keçirilib

by Aytac
0 comments 3 views 1 minutes read

26 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində növbəti – üçüncü görüşü Koreya Kredit Bürosu (KCIS) ilə keçirilib.

Görüş zamanı Koreya Kredit Bürosunun prezidenti Yousam Choi ölkədə kredit məlumatlarının idarə edilməsi, məlumat mübadiləsi ekosistemi, risklərin qiymətləndirilməsi mexanizmləri və kredit bürosu xidmətlərinin inkişaf istiqamətləri üzrə geniş təqdimatla çıxış edib. KCIS nümayəndələri həmçinin məlumatların təhlükəsizliyi, süni intellekt əsaslı risk modelləri və maliyyə sektorunda məlumatların idarə olunması standartları barədə məlumat veriblər.

ABA nümayəndə heyəti Azərbaycan bank sektorunda kredit məlumatlarının idarə olunması, məlumat mübadiləsi platformalarının təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə bağlı mövcud yanaşmalar, eləcə də potensial əməkdaşlıq imkanları barədə qarşı tərəflə fikir mübadiləsi aparıb.

Görüşdə kredit məlumatlarının keyfiyyətinin yüksəldilməsi, risklərin daha dəqiq qiymətləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.