Home » ABB ağacəkmə aksiyasında iştirak etdi

ABB ağacəkmə aksiyasında iştirak etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində təşkil olunan “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşulub. IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında ölkəmizdəki maliyyə assosiasiyaları iştirak edib.

Ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış 51 hektarlıq sahədə əkilib. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi qurulub.

Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin, ABA rəhbərliyinin, bank menecerlərinin iştirak etdiyi aksiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.