Home » ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Bakıda ilk dəfə təqdim olunan velosiped kirayəsi layihəsi ABB-nin və Bankın beynəlxalq tərəfdaşı Mastercard şirkətinin dəstəyi ilə həyata keçirilib. Velosipedləri Bakıdakı 50-dən artıq parklanma yerindən kirayə götürmək mümkündür.

Sərnişinlərin rahat istifadəsi üçün parklanma yerləri metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və iri ticarət mərkəzlərinə yaxın ərazilərdə yaradılıb. Bu məkanlarda velosipedlərin kirayə qaydası ilə bağlı məlumat lövhələri də yerləşdirilib.

Xüsusi QR kodlar vasitəsilə “Apar” tətbiqinə daxil olub velosipedlərdən istifadə imkanlarını aktivləşdirmək, yaxud deaktiv etmək, xidmət haqqının ödənişini təmassız yerinə yetirmək olar.

“Apar” şirkətinin reallaşdırdığı bu layihə paytaxt sakinlərinə, turistlərə Bakıda təhlükəsiz səyahət imkanı yaradır. Velosiped kirayəsi xidməti şəhərdə tıxac və parkinq problemlərinin minimallaşdırılmasına da mühüm töhfədir. ABB və Mastercard xidmət istifadəçilərinə ödənişlər zamanı müxtəlif endirim fürsətləri də yaradacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.