Home » ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

by yunus
0 comments 2 views 1 minutes read

ABB müştərilərə yığım imkanı və əlavə qazanc fürsəti yaradan daha bir yeni innovativ məhsulunu təqdim edib. Bu, Bankın “Dama-dama” adlı rəqəmsal yığım hesabıdır.

Müştərilər ABB mobile tətbiqi vasitəsilə belə bir hesab yaradıb orada müxtəlif məqsədlər üçün müntəzəm şəkildə kiçik vəsaitlər toplaya, faiz qazancı əldə edə bilərlər.

“Dama-dama” məhsulu, xüsusən, qarşısına yeni mobil telefon, yaxud başqa müxtəlif cihazlar, səyahət paketləri, ziynət əşyaları və s. almaq kimi minimal hədəflər qoymuş şəxslər üçün unikal imkandır. Onlar “Dama-dama” hesablarına hər gün, hər həftə və ya hər ay kiçik məbləğlər daxil edə bilərlər. Eləcə də onlayn və POS terminal ödənişləri zamanı məbləği 1 manata, 5 manata, 10 manata qədər yuvarlaqlaşdırıb əlavə məbləği rəqəmsal yığım hesablarında toplamaq mümkündür. Bu zaman hədəflərə daha tez çatmaq olacaq.

“Dama-dama” hesabında yığılan vəsaitlərə illik 6% gəlir hesablanır. Faiz qazancı hər ayın sonunda müştərinin hesabına əlavə olunur. Hesabdakı vəsaiti istənilən zaman istifadə etmək olar. Rəqəmsal hesab sahibi ABB mobile tətbiqi üzərindən hesabını rahatlıqla idarə edə bilir.

“Dama-dama” məhsulu gələcəyini planlaşdıran gənclər, o cümlədən gənc ailələr, kiçik məbləğlərlə yığım etmək istəyənlər, şəxsi maliyyə intizamını gücləndirməyə çalışanlar, pul yığmaq üçün rahat alət axtaranlar, bir sözlə hər kəs üçündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.