ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib. Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni “Faydalı keşbek” layihəsindən yararlana bilər. “Faydalı keşbek” ilə müştərilər arkq ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq.
Üstəlik, indi keşbekləri toplayıb onları ABB mobile tətbiqi daxilində yalnız kommunal, mobil və internet ödənişlərə sərf etmək yox, həm də müştərinin kart hesablarına da köçürmək mümkündür. Beləliklə, müştəri keşbek balansında yığılmış vəsaiti istədiyi zaman öz karkna köçürüb ödənişlər apara, hətta nağdlaşdırma imkanından yararlana bilər.
Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kart- ları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kark ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.
Qeyd edək ki, “Faydalı keşbek” ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində xərclədikcə daha çox qazanırlar. “Faydalı keşbek”-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.