Home » ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı

ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB-nin uzunmüddətli tərəfdaşı Visa ilə birgə keçirdiyi lotereya kampaniyası başa çatıb. Disneyin 100 yaşı münasibətilə təşkil olunmuş lotereyada Bankın Visa premial kart sahibləri iştirak edib. Onlar 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparıblar. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanıb.

Lotereya bir tirajdan ibarət olub. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçirilib və tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanıb. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiliblər. 1-ci yerin qalibi Kaliforniyaya, 2-ci yerin qalibi Laplandiyaya, 3-cü yerin qalibi Londona tam səyahət paketi qazanıb. Hədiyyələr ABB-nin Baş ofisində qaliblərə təqdim olunub.

ABB-nin ödəniş kartlarının yaratdığı fürsətlərdən faydalanmaq üçün kartları buradan onlayn sifariş etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.