Home » ABB-nin bizneslər üçün xidmət paketləri 50%-dək endirimlə

ABB-nin bizneslər üçün xidmət paketləri 50%-dək endirimlə

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Sahibkarların etibarlı tərəfdaşı olan ABB yay mövsümündə onlara yeni fürsətlər yaradır. Bank bizneslər üçün “Yay kampaniyası”na start verib. 1 sentyabra qədər davam edəcək kampaniya dövründə fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin bizneslər üçün xidmət paketlərini 50%-dək endirimlə əldə edə bilərlər.

ABB xidmət paketlərini kiçik və orta sahibkarların işini asanlaşdırmaq, onların bank xərclərini azaltmaq məqsədilə hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bu imkandan faydalana bilər. Bu imkandan yararlanmaq üçün xidmət paketləri ABB Business İnternet Bank platforması üzərindən sifariş olunmalıdır.

Xidmət paketlərinin 5 növü var: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.