İyulda ABŞ iqtisadiyyatında gözləniləndən daha çox yeni iş yerləri açılıb
2022-ci ilin iyulunda ABŞ-da gözləniləndən daha çox – 11.2 milyon yeni iş (ümumi iş yerlərinin sayı) yeri açılıb, (1 aylıq artım 199.000) bu isə iyundakı 11 milyondan çoxdur.
BBN.az CNN Business-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Əmək Statistikaları Bürosunun çərşənbə axşamı paylaşdığı məlumatda bildirilib.
Refinitiv-in hesablamalarına, əsasən iqtisadçılar 10.5 milyon yeni iş yerinin əlavə ediləcəyini gözləyirdilər. İyunda isə cəmi 300.000 pozisiya daha çox idi.
ZipRecruiter-in baş iqtisadçısı Julia Pollak isə bildirir ki, ABŞ-da yeni iş yerləri ilə bağlı rəqəmlər Mərkəzi Bankın (FED) gözləntilərini qarşılamır: “FED rekord sayda yeni iş yerlərinin açılmasını görür, amma bu eyni zamanda əmək haqlarının artımı deməkdir. Bu isə inflyasiyanı yüksəkdə saxlaya bilər”.
Moody’s-in analitiki Mark Zandi eyni fikirdədir və CNN Business-ə bildirib ki, “FED bu hesabatdan xoşbəxt olmayacaq. FED-in hazırda apardığı siyasət çərçivəsində əmək bazarı yavaşlamalıdır, hesabat isə əksini, iyulda daha möhkəm olduğunu göstərib.”