Home » ABŞ-da “robotaksilər” istifadəyə veriləcək

ABŞ-da “robotaksilər” istifadəyə veriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avtonom idarəetmə sistemləri hazırlayan “Waymo” şirkəti Çinin avtomobil nəhəngi “Geely” ilə tərəfdaşlığa girib. Tərəfdaşlıq çərçivəsində “Geely” şirkətinin ən böyük elektromobil məhsullarından olan “Zeekr” ilə “Waymo” sistemi inteqrasiya ediləcək və sürücüsüz avtonom idarə funksiyasına malik avtomobillər ABŞ-da istifadəyə veriləcək.

2022-ci ildə icrası planlaşdırılan bu layihənin ilkin məhsulu 6 sərnişin daşıma imkanına malik mikroavtobus formatında “Zeekr” nəqliyyat vasitəsi “Waymo” şirkəti tərəfindən dünən ictimaiyyətə təqdim edilib. Sözügedən nəqliyyat vasitəsinin ilkin mərhələlərdə ABŞ-ın bir neçə meqapolisində taksi kimi istifadəyə verilməsi planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, “Waymo” şirkəti bundan əvvəl ABŞ mərkəzli supermarketlər şəbəkəsi “Walmart” ilə tərəfdaşlıq çərçivəsində ərzaq məhsullarının müştərilərin ünvanlarına çatdırılmasını təmin edən sürücüsüz avtomobillər hazırlanması layihəsinə start verib. “Waymo” şirkəti “Google” məhsuluna sahib “Alphabet” holdinqinin törəmə qurumudur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.