Home » ABŞ-da xam neft ehtiyatları azalıb

ABŞ-da xam neft ehtiyatları azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ Enerji İnformasiya İdarəsi ötən həftənin statistikasını özündə cəmləşdirən həftəlik hesabat yayınlayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatları həftə ərzində 3.1 milyon barel azalıb. Proqnozlar isə ehtiyatların 3.23 milyon barel azalması yönündə idi. Qeyd edək ki, bir öncəki həftə xam neft ehtiyatları 3.7 milyon barel geriləyib. Benzin ehtiyatları isə 319 min barel artaraq 237.3 milyon barelə çatıb. Gündəlik xam neft idxalı 277 min barel azalmaqla 6.2 milyon barel olub.

Hesabatın açıqlanmasından sonra neft qiymətlərində artım qeydə alınıb. Brent markalı xam neftin barel qiyməti 2.46 dollar (3.2%) artaraq 78.6 dollar səviyyəsində qərarlaşıb. West Texas Intermediate (WTI) xam nefti isə 1.78 dollar (2.4%) dəyər qazanaraq 75.57 dollar səviyyəsinə qalxıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.