Home » ABŞ-ın pərakəndə satış statistikalarında kəskin azalma müşahidə olunub

ABŞ-ın pərakəndə satış statistikalarında kəskin azalma müşahidə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Amerika Birləşmiş Ştatlarında mart ayında pərakəndə satış göstəricilərində 8.7%-lik geriləmə qeydə alınıb. Bu isə, 1992-ci ildən bu yana pərakəndə satışlarda qeydə alınan rekord azalmadır. Ötən ilin mart ayı ilə müqayisə etdikdə isə, 6.2%-lik azalmanın baş verdiyini müşahidə edə bilərik.

483.1 milyard dollar həcmində qeydə alınan bu azalmanın əsas səbəbi kimi, koronavirus pandemiyası səbəbindən insanların evdə qalması və istehlak vərdişlərinin dəyişilməsi göstərilir.

Geyim satışlarında 50%-dən çox, avtomobil satışlarında isə 25.6%-lik azalma qeydə alınıb. Nəqliyyat sıxlığının azalması nəticəsində benzin satışları 17% azalıb.

Digər tərəfdən isə, istehlakçıların pandemiya dövründə zəruri məhsullara tələbatının artması nəticəsində ərzaq mağazaları və apteklərin satışlarında 26%-lik artım müşahidə olunub.

Məlumat üçün qeyd edək ki, mart ayında 16 milyon ABŞ vətəndaşı işsiz olaraq qeydə alınıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.