Amerikan investisiya bankı “Goldman Sachs Group” ABŞ-da koronavirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirlər nəticəsində ikinci rübdə iqtisadi böyümənin azalacağını açıqlayıb.
Bu yaxınlarda, bank ABŞ iqtisadiyyatının 2020-ci ilin ikinci rübündə 24 faiz kiçiləcəyini bildirib. Lakin, son dəyişiklikdə bu kiçilmə proqnoz 34 faizə qaldırılıb.
Bununla yanaşı, sözügedən dövr üçün 9% həcmində proqnozlaşdırılan işsizlik dərəcəsi 15%-ə yüksəldilib.
Bütün bunlara baxmayaraq, “Goldman Sachs” ABŞ iqtisadiyyatı üçün üçüncü rübdə 19%-lik iqtisadi artım proqnozlaşdırıb.