

ABŞ-da benzinin qiymətinin və ərzaq inflyasiyasının artması amerikalıların kredit kart borclarının yüksəlməsinə səbəb olub. Bu artımlar isə ailə büdcəsinin böyük bir hissəsini təşkil edir.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, bildirilir ki, artımlar iqtisadiyyatın müxtəlif sahələrinə təsir edib, bu yuxarıda qeyd etdiyimiz kimi ərzaqdan tutmuş, geyimlərə və s. qədərdir.
TV-də bildirilib ki, kredit kartı üzrə faiz dərəcəsi 20.6%-dir və əksəriyyəti isə borclarını ödəməkdə çətinlik çəkir. “Hazırda mənim 10.000 dollar dəyərində kredit kartı borcum var. Buna görə çox utanıram. Ancaq bu böyük rəqəmdir”, – deyə Bank müştərilərindən biri deyib.
NBC News TV-dən əlavə edilib ki, ailə hazırda xərcləri azaltmaq barəsində düşünür və buna isə kabel və striminq xidmətlərinə görə xərcləri azaltmaqdan başlayacaqlarını deyiblər. Maraqlısı isə budur ki, FED-in faiz dərəcələrini artırmasına rəğmən amerikalılar xərcləmələrinə davam edirlər və daha çox borclanırlar.