

Çərşənbə günü, yəni iyunun 12-də ABŞ-nin Mərkəzi Bankı (ABŞ Federal Ehtiyatlar Sistemi – FED) uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb və faiz dərəcələrini dəyişməz saxlayıb.
BBN.az Yahoo Finance nəşrinə istinadən xəbər verir ki, tənzimləyicinin 2 gün davam edən görüşlərinin ardınca uçot faiz dərəcəsini 5.25%-5.50% arasında saxlamaqla bağlı qərar qəbul edib.
Əlavə edək ki, 2023-cü ilin iyulundan bəri FED-in uçot faiz dərəcəsi yuxarıda qeyd edilən aralıqdadır. Yeni qərarla uçot faiz dərəcəsi son 23 ilin ən yüksək səviyyəsində qərarlaşıb və bu FED-in cari il üçün faizlərdə azaltmağa getmək ilə bağlı təxminlərini aşağı salıb.