2017-ci ilin yayında ABŞ prezidenti Donald Tramp tərəfindən İran, Liviya, Somali, Suriya, Yəmən, Venesuela və Şimali Koreyanın daxil edildiyi səyahət qadağası tətbiq edilən ölkələr siyahısına yeni ölkələr əlavə edilə bilər. Bu barədə məlumatı, Donald Tramp Davosda “Wall Street” jurnalistlərinə verdiyi müsahibədə təsdiqləyib.
Prezident “qara siyahıya” əlavə ediləcək ölkələrin adlarını açıqlamasa da, “Wall Street Journal” bir sıra mənbələrə istinadən bu ölkələrin Belarus, Myanmar, Eritreya, Qırğızıstan, Sudan, Nigeriya və Tanzaniya olduğunu vurğulayıb.
Siyahıdakı ölkələrin vətəndaşları ABŞ vizasından birdəfəlik məhrum edilməsələr də, bir sıra viza növlərində məhdudiyyətlər ilə rastlaşacaqlar və “Greencard” viza lotoreyasında iştirak imkanını itirəcəklər.