Home » ADB Azərbaycanın 2026-2027-ci illər üzrə iqtisadi artım proqnozunu dəyişməyib

ADB Azərbaycanın 2026-2027-ci illər üzrə iqtisadi artım proqnozunu dəyişməyib

by yunus
0 comments 0 views 1 minutes read

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2026 və 2027-ci illər üzrə iqtisadi artım proqnozlarını sabit saxlayıb.

BBN.az xəbər verir ki, bu barədə Bankın iyul ayı üzrə yenilənmiş iqtisadi proqnozunda bildirilib.

ADB-nin qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi artım 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % təşkil edəcək. Bu göstəricilər Bankın aprel ayında açıqladığı proqnozlarla eynidir.

Hesabatda qeyd olunub ki, Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üzrə iqtisadi artım proqnozları da həm 2026, həm də 2027-ci illər üçün dəyişməz saxlanılıb.

Bununla yanaşı, Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üzrə iqtisadi artım proqnozu aşağı salınıb. ADB region üzrə artımın 2026-cı ildə 3,8 %, 2027-ci ildə isə 4,2 % olacağını gözləyir.

Bank bildirib ki, 2026-cı il üzrə proqnozun aşağı salınması Ermənistanda Rusiyanın son ticarət məhdudiyyətləri fonunda gözləntilərin pisləşməsi, Türkiyədə birinci rübdə iqtisadi aktivliyin zəif olması və Türkmənistanda İran ətrafından keçən alternativ ticarət marşrutları səbəbindən nəqliyyat xərclərinin artması ilə əlaqədardır.

ADB-nin məlumatına görə, 2027-ci il üzrə Ermənistanın iqtisadi artım proqnozu da Yaxın Şərqdəki münaqişənin uzunmüddətli təsirləri və ticarət məhdudiyyətlərinin iqtisadi perspektivlərə mənfi təsiri səbəbindən 5,5 %-ə endirilib.

Eyni zamanda, Türkiyə üzrə iqtisadi artım proqnozu yanacaq və gübrə qiymətlərinin yüksəlməsi, eləcə də zəif xarici iqtisadi mühitin sənaye və ixracata mənfi təsir göstərməsi fonunda aşağı salınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.