Home » Almaniyada inflyasiyanın azalması müvəqqətidir?

Almaniyada inflyasiyanın azalması müvəqqətidir?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avrozonanın ən güclü iqtisadiyyatı olan ölkə hesab edilən Almaniyada 9 avroluq bilet (9 avro ilə iyun, iyul, avqustda lokal, regional qatarlar ilə səyahət etmək olar), yanacağın qiymətində azalma avqustun sonunda başa çatacaq, potensial olaraq inflyasiya təzyiqini artıracaq.

BBN.az DW Business-ə istinadən xəbər verir ki, “Hans Böckler Foundation”in iqtisadçısı Sebastian Dullien deyib ki, sentyabrda yenidən inflyasiyanın sürətlə artacağı gözlənilir: “Ümumilikdə isə inflyasiya qışda 10%-ə çatacaq”, – deyə o, əlavə edib. 

Bundan başqa, Almaniyanın iqtisadi araşdırmalar “think tank”ı tərəfindən idarə edilən institut proqnozlaşdırır ki, iyulda inflyasiya artıq özünün pik həddinə çatıb, 2022-ci ilin ikinci yarısında azalmağa davam edəcək”. 

Çərşənbə günü Almaniyanın Maliyyə naziri Christian Lindner isə bildirmişdi ki, yüksək qiymətlərin zərbəsini azaltmaq üçün vergi endirimlərini artıracaq. Plana, əsasən vergi artımı asanlaşacaq, uşaq müavinətləri artırılacaq. 

Daha öncə qeyd etdiyimiz kimi ABŞ-ın Federal Ehtiyatlar Sistemi (başqa adla Mərkəzi Bankı), Avropa Mərkəzi Bankı inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmışdı. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.