Home » Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə

Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə

by bbnadm
0 comment 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-2021-ci illərdə Almaniyada ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 25 fevral 2020-ci il tarixinədək KOBİA-ya təqdim etməlidir. Namizədlər mart ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində müəyyənləşdiriləcək.

İngilis dilində keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirakçılar üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, işgüzar görüşlər təşkil ediləcək. 1 ay davam edəcək ixtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən ödəniləcəkdir.

Ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.