Home » “Alphabet” şirkətinin gəliri və mənfəəti artıb

“Alphabet” şirkətinin gəliri və mənfəəti artıb

by yunus
0 comments 0 views 1 minutes read

Keçən ilin dördüncü rübündə ABŞ-ın texnologiya şirkəti “Alphabet”in gəliri 12 faiz, xalis mənfəəti isə 28 faiz artıb.

BBN.az xəbər verir ki, “Google”ın ana şirkəti “Alphabet” 2024-cü ilin oktyabr-dekabr dövrünə aid maliyyə hesabatını açıqlayıb.

Açıqlamada bildirilib ki, “Alphabet”in ötən ilin son rübündə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 96,5 milyard dollara yüksəlib. Şirkət 2023-cü ilin dördüncü rübündə 86,3 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 26,5 milyard dollara yüksəlib. “Alphabet” əvvəlki ilin eyni dövründə 20,7 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin 2023-cü ilin son rübündə 1,64 dollar olan hər səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 2,15 dollara yüksəlib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.