Home » AMB 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozunu yüksəldib

AMB 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozunu yüksəldib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1%, 2027-ci ildə isə 5,8% olacağı gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bundan əvvəl Mərkəzi Bank 2026-cı ildə illik inflyasiyanın 5,9%, 2027-ci ildə isə 4,5% səviyyəsində olacağını proqnozlaşdırırdı.

AMB-nin məlumatına görə, illik inflyasiya hazırda hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8% təşkil edib.

İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-qida məhsulları üzrə isə 3,8% olub. İllik baza inflyasiyası 5,5% təşkil edib.

Mərkəzi Bank illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəfə qayıdacağını gözləyir. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir.

İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirinin güclənməsi ilə əlaqələndirilir. AMB bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşımayacağını bildirir.

Qeyd olunub ki, mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi, eləcə də ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır.

Ticarət tərəfdaşlarındakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişməsi əsasən bu risklərin hansı miqyasda reallaşacağından asılı olacaq.

Mərkəzi Bank mövcud fiskal və pul siyasəti fonunda daxili tələb amillərinin inflyasiya təzyiqləri yaratması ehtimalını yüksək qiymətləndirmir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.