Home » AMB “AtaSığorta”ya icrası məcburi göstəriş verib

AMB “AtaSığorta”ya icrası məcburi göstəriş verib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə şirkətə icrası məcburi olan göstəriş verib.

BBN.az AMB-yə istinadən xəbər verir ki, göstərişə əsasən Cəmiyyət tərəfindən yeni öhdəliklərin qəbul edilməsi, öhdəlik yaradan müqavilələrin bağlanması, həmçinin xərc yaradan əməliyyatların aparılması dayandırılıb.

Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir və “AtaHolding” MMC-nin tərkibinə daxildir. Şirkətin nizamnamə kapitalı 8 milyon 255 min 720 manat təşkil edir.

Maliyyə nəticələrinə görə, “AtaSığorta” 2024-cü ili 377 min manat zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 60,1 % və ya 2,5 dəfə azdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.