Home » AMB: Azərbaycanda maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır

AMB: Azərbaycanda maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda maliyyə sektorunda innovasiyaların inkişafı ilə risklərin idarə olunması arasında balansın qorunması əsas prioritetlərdən biridir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, innovasiya yeni imkanların və yanaşmaların tətbiqini nəzərdə tutur ki, bu da tənzimləyici qurumlar üçün əlavə diqqət və nəzarət tələb edir. Buna baxmayaraq, AMB bu istiqamətdə fəal rol oynayaraq innovasiya mühitinin formalaşdırılması üçün çoxsaylı təşəbbüslər həyata keçirib.

F.Tofidi bildirib ki, 2024-cü ildən maliyyə sektorunun inkişaf strategiyasının icrasına başlanılıb və üçillik dövrü əhatə edən sənədin artıq son ili davam edir. Eyni zamanda, 2027–2030-cu illəri əhatə edəcək yeni dördillik inkişaf strategiyası hazırlanır.

O qeyd edib ki, mövcud strategiya çərçivəsində maliyyə sektorunda innovasiyaların təşviqi və inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb və əldə olunan nəticələr növbəti strateji dövr üçün mühüm zəmin yaradıb.

Mənbə: “Report”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.