Home » AMB beynəlxalq audit standartlarına tam uyğun qiymətləndirilib

AMB beynəlxalq audit standartlarına tam uyğun qiymətləndirilib

by yunus
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankında (AMB) Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Audit departamentinin müstəqil qiymətləndirmə qrupu tərəfindən kənar qiymətləndirmə aparılıb.

BBN.az  bu barədə AMB-yə istinadən  xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə keçirilən qiymətləndirmə beynəlxalq daxili audit standartlarına uyğun metodologiya əsasında icra olunub.

Qiymətləndirmə nəticələrinə əsasən, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq daxili audit standartlarının tələblərinə tam şəkildə uyğun olduğu müəyyənləşdirilib. Yekun nəticə olaraq üçpilləli qiymətləndirmə şkalası üzrə daxili audit funksiyası ən yüksək qiymətləndirmə dərəcəsi olan “ümumilikdə uyğundur” (Generally Conforms) səviyyəsində qiymətləndirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.