Home » AMB: Bu il Azərbaycanda iqtisadi artım 1,1 % olacaq

AMB: Bu il Azərbaycanda iqtisadi artım 1,1 % olacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu il Azərbaycanda iqtisadi artımın 1,1 %, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 % olacağı proqnozlaşdırılır.

Bu barədə Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, gələn il ölkə iqtisadiyyatında artım tempinin yüksələcəyi gözlənilir. Belə ki, 2027-ci ildə ümumi iqtisadi artımın 3,2 %, qeyri-neft-qaz sektoru üzrə isə 4,7 % təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, AMB bundan əvvəl fevral ayında açıqladığı proqnozlarda 2026-cı ildə ÜDM-in 2,4 %, qeyri-neft-qaz sektorunun isə 4 % artacağını bildirmişdi. 2027-ci il üçün isə bu göstəricilər müvafiq olaraq 2,9 % və 4,3 % səviyyəsində qiymətləndirilmişdi.

Bundan əlavə, T.Kazımov bildirib ki, AMB bu il dünya bazarında neftin bir barelinin orta qiymətinin 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin isə 324 ABŞ dolları olacağını gözləyir.

Onun sözlərinə görə, gələn il üçün proqnozlar neft üzrə 78 ABŞ dolları, təbii qaz üzrə isə 290 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, AMB fevral ayında 2026-cı ildə neftin orta qiymətini 65 ABŞ dolları, təbii qazın qiymətini isə 269 ABŞ dolları səviyyəsində proqnozlaşdırmışdı. 2027-ci il üzrə gözləntilər isə müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları idi.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.