Home » AMB-dən inflyasiya – Proqnozu

AMB-dən inflyasiya – Proqnozu

by anar
0 comment 1 views 1 minutes read

“Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmışdır. Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 2.9%, qeyri-ərzaq malları üzrə 1.9%, xidmətlər üzrə 5.7% təşkil edib. Ərzaq və qeyri- ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik baza inflyasiya isə 2.9% təşkil edib”.

BBN.az bu haqda AMB-nin faiz dəhlizinin parametrləri haqqında məlumatına istinadən xəbər verir.

AMB-dən bildirilib ki, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir: “İlin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 10 ayında 4.9%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”.

“Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir”, – deyə tənzimləyici əlavə edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.