Home » AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların fişinq hallarından qorunması məqsədilə yeni “özünəqadağa” sisteminin tətbiqinə hazırlaşır.

Bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib.

Onun sözlərinə görə, hər hansı şəxs zəng edərək bank müştərisinin adından kredit rəsmiləşdirməyə cəhd edərsə, özünəqadağa sistemi işə düşəcək. “Banka müəyyən məlumatlar təqdim edilsə belə, özünəqadağa varsa, maliyyə fırıldaqçısı əvvəlcə həmin qadağanı aradan qaldırmalı olacaq. Bunun üçün isə bir neçə saat vaxt tələb olunacaq. Bu müddət vətəndaşa imkan verəcək ki, banka zəng edib kartını bloklasın və ya əməliyyatın ona aid olmadığını bildirsin”, – deyə o qeyd edib.

AMB rəsmisi əlavə edib ki, hazırda maliyyə fırıldaqçıları lazımi məlumatları əldə etdikdən dərhal sonra vəsaiti çıxara bilirlər. Yeni mexanizm tətbiq olunduqdan sonra isə vəsaiti dərhal və bir dəfəyə çıxarmaq mümkün olmayacaq.

“Əgər vətəndaş öz adına kredit götürülməsinə qadağa qoyubsa, ilk növbədə bu qadağa aradan qaldırılmalıdır. Yəni, bir şəxs iki dəfə məlumat təqdim etməlidir ki, onun vəsaiti çıxarıla bilsin. Bu da ən azı bir neçə saat vaxt aparacaq. Nəticədə fişinq hallarının sayı azalacaq. Maarifləndirmə ən sağlam yoldur, lakin daha uzun müddət tələb edir. Bu tip alətlərlə isə ən azından fırıldaqçılıq hallarının sayını azaltmağa nail olacağıq”, – deyə Ş.Mahmudzadə vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.