
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Nyu-York Federal Ehtiyatlar Bankı arasında valyuta ehtiyatlarının idarə olunması və maliyyə bazarlarındakı cari tendensiyalar müzakirə olunub.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, AMB-nin sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan son tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, həmçinin valyuta ehtiyatlarının idarə olunması sahəsində mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər eyni zamanda, Azərbaycan Mərkəzi Bankı ilə Nyu-York Federal Ehtiyatlar Bankı arasında mövcud uzunmüddətli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də müzakirə ediblər.





