0

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 56,395 milyon manat xərc çəkib.
BBN.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 24,7 % çoxdur.
Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 414 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 10,4 % çoxdur.




