Home » AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənə bilər

AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənə bilər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda İslam maliyyəsi ilə bağlı qanunvericilik paketlərinin bu il təsdiqlənəcəyi gözlənilir.

Bu barədə Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, hazırda xüsusi tənzimləmə rejimi – “sandbox” çərçivəsində bir neçə bank İslam maliyyəsinə aid məhsulları test rejimində bazara təqdim edir.

O bildirib ki, iki bank AMB-nin nəzarəti altında pilot layihə kimi bu xidmətləri həyata keçirir. Məqsəd isə qanunvericilik bazasının “İslam pəncərəsi” yanaşması əsasında formalaşdırılmasıdır.

T.Kazımov qeyd edib ki, bu model ənənəvi bank lisenziyasına malik banklara İslam maliyyəsinə aid bəzi məhsulları təqdim etməyə imkan verəcək. Bir sıra ölkələrdə bu yanaşma “alternativ bankçılıq” kimi tanınır.

AMB sədri əlavə edib ki, bazarda yüksək tələbat yaranacağı təqdirdə ayrıca İslam bankçılığı lisenziyası məsələsinə də baxıla bilər. Hazırda isə əsas yanaşma “İslam pəncərəsi” modeli üzərində qurulub.

“Bu sahə üzrə bütün qanunvericilik paketləri hazırdır və hazırda razılaşdırma prosesindədir. Ümid edirəm ki, bürokratik prosedurlar nəzərə alınmaqla, bu il həmin sənədlər təsdiqlənəcək”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, qanunvericilik təsdiqləndikdən sonra bütün banklar həm İslam maliyyəsinə aid kredit məhsulları, həm də depozit xidmətləri ilə bazara çıxa biləcəklər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.