Home » AMB: Maliyyə dələduzluğunun qurbanları arasında qadınlar üstünlük təşkil edir

AMB: Maliyyə dələduzluğunun qurbanları arasında qadınlar üstünlük təşkil edir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda maliyyə dələduzluğu qurbanları arasında qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri daha çox üstünlük təşkil edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində hesabların ələ keçirilməsi (account takeover) hallarında azalma müşahidə olunur. Bununla belə, vətəndaşların maarifləndirilməsi istiqamətində əlavə işlərin görülməsinə ehtiyac qalır.

“Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri yer alır. Maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü daha aydın göstərir”, – deyə E.Eyvazlı qeyd edib.

AMB rəsmisi bildirib ki, baş verən bütün insidentlər təhlil edilir, onların səbəbləri araşdırılır və əldə olunan nəticələr əsasında tənzimləmə mexanizmləri təkmilləşdirilir.

Onun sözlərinə görə, kibertəhlükəsizlik insidentlərinin daha effektiv idarə olunması üçün dövlət qurumları arasında inteqrasiyanın genişləndirilməsi vacibdir.

“İnsidentlərin idarə olunması üçün vahid platforma yaradılmalı və hüquq-mühafizə orqanlarının da həmin sistemə çıxışı təmin edilməlidir. Bu, hadisə baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək”, – deyə E.Eyvazlı əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.