Home » AMB-nin sədrinin BƏƏ-də işgüzar görüşləri davam edir

AMB-nin sədrinin BƏƏ-də işgüzar görüşləri davam edir

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“BƏƏ-yə səfərimiz çərçivəsində Dubay şəhərində yerləşən Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) sədri Essa Kazim ilə keçirilən görüşdən məmnun olduq”. 

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov “X” sosial platformasında yazıb.

“Görüş zamanı BƏƏ-nin maliyyə sektoru ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməklə yanaşı maliyyə xidmətləri sahəsində Mərkəzin təqdim etdiyi xidmətlər və yeniliklərlə tanış olduq”, – deyə o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti martın əvvəlindən başlayaraq Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədirlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.