Home » AMB ötən iclasdan bəri pul siyasəti alətlərinin tətbiq olunmasının nəticələrini qeyd edib

AMB ötən iclasdan bəri pul siyasəti alətlərinin tətbiq olunmasının nəticələrini qeyd edib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Ötən iclasdan bəri pul siyasəti alətləri likvidliyin kənar amillərinin (avtonom amillər) monetar şəraitə təsirlərinin neytrallaşdırılması və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədilə tətbiq olunub”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri haqda açıqladığı məlumatda qeyd edilib.

“Həyata keçirilən tədbirlər eyni zamanda pul siyasətinin ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Bu dövrdə banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verib”, – deyə AMB-dən bildirilib.

Əlavə edilib ki, dekabr ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.7% və 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 7.84% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.