Home » AMB sədrin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankı Xəzinədarlığının nümayəndələri ilə görüşüb

AMB sədrin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankı Xəzinədarlığının nümayəndələri ilə görüşüb

by anar
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində sədrin birinci müavini Əliyar Məmmədyarovun Dünya Bankı Xəzinədarlığının (DBX) Aktivlərin idarə edilməsi və məsləhət xidmətləri departamentinin direktoru Katarzina Zajdel-Kuroska ilə görüşü keçirilib.

Görüş zamanı Mərkəzi Bank ilə DBX arasında mövcud əməkdaşlığın cari vəziyyəti yüksək qiymətləndirilərək ehtiyatların idarə edilməsi üzrə həyata keçirilən texniki yardım proqramları, təlimlər və seminarların nəticələrindən məmnunluq ifadə olunub.

Görüşdə həmçinin DBX-nin Ehtiyatlar üzrə məsləhət və idarəetmə tərəfdaşlığı proqramı çərçivəsində investisiya idarəçiliyi, süni intellekt və digər aktual mövzular üzrə təlimlərin keçirilməsi, həmçinin gələcək əməkdaşlıq imkanlarının daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.