
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə ICBC Almaty arasında biznes layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunub.
AMB sədri Taleh Kazımov “ICBC Almaty”nın Direktorlar Şurasının üzvü Çingiz Kanapyanov-un rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı kapital bazarlarının inkişaf perspektivləri, ödəniş sistemlərinin təkmilləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin bu sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.




