Home » Anthropic- in dəyəri 350 milyard dollara çata bilər

Anthropic- in dəyəri 350 milyard dollara çata bilər

by yunus
0 comments 0 views 1 minutes read

Süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” investorların güclü marağı fonunda yeni maliyyələşdirmə raundu üzrə hədəfini 20 milyard dollara yüksəldib.

BBN.az xəbər verir ki, raund yekunlaşdıqdan sonra şirkətin bazar dəyərinin 350 milyard dollara çatacağı gözlənilir.

Məlumata görə, investor tələbinin artması Anthropic-ə ilkin planlaşdırılan maliyyələşdirmə məbləğini ikiqat artırmağa imkan verib.

Maliyyələşdirmənin əsas hissəsinin isə şirkətin strateji tərəfdaşları olan “Nvidia” və “Microsoft” tərəfindən təmin ediləcəyi bildirilir.

“Anthropic” son dövrlərdə xüsusilə kodlaşdırma agentlərinin tətbiqi ilə diqqət çəkir. Proqram təminatı mühəndisləri bu alətlərin kodlaşdırma səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər. Şirkətin biznes üçün süni intellekt həllərinə fokuslanması, idarəetmə strukturunun sabitliyi və tərtibatçılar arasında populyarlıq qazanan “Claude Code” aləti investor marağını gücləndirən əsas amillər kimi göstərilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.