Home » “Apple” bu tarixdə “iPhone 15”i təqdim edəcək – Rəsmi + Proqnoz qiymətlər

“Apple” bu tarixdə “iPhone 15”i təqdim edəcək – Rəsmi + Proqnoz qiymətlər

by anar
0 comments 16 views 1 minutes read

Dünyanın ən dəyərli şirkətlərindən biri olan “Apple” sentyabrın 12-də özünün növbəti “iPhone” modellərini, daha dəqiq “iPhone 15”i təqdim edəcək.  

BBN.az xəbər verir ki, 2022-ci ildə isə “Apple”ın ənənəvi payız təqdimatı isə sentyabrın 7-də olmuşdu.  

Qeyd edək ki, şirkət 2019-cu ildən bəri özlərinin ənənəvi təqdimatlarını hər zamankı kimi oflayn deyil, öncədən yazılmış videoları ilə edirdilər. “Gurman”dan qeyd edilib ki, həmin gün mətbuat “Apple Park”da yığışacaq və öncədən yazılmış videonu izləyəcəklər, eyni zamanda şirkət onu bütün dünya ilə bölüşəcək. Forbes nəşri isə yazır ki, proqnoz qiymətlər isə hər kəsi təəccübləndirib. Məsələn, “iPhone 15”in qiyməti 799, “iPhone 15 Plus”un qiyməti 899, “iPhone 15 Pro”nun 1099, “iPhone 15 Pro Max”ın isə 1299 dollardan başlayacaq. Artımlar isə 100 ilə 200 dollar arasındadır.  

Əlavə edək ki, “Apple”ın sentyabr görüşündə “iPhone 15”, 15 Plus, Pro və Pro Max-ın təqdim ediləcəyi gözlənilir. Eyni zamanda Apple Watch Series 9 və Apple Watch Ultra 2-də yeni təqdim olunacaq məhsulların sırasında olacaq. Həmçinin yeni iPad mini və AirPods Lite da görə biləcəyik. Təqdimat ABŞ saatı ilə səhər saat 10:00-da olacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.