Home » “Apple” smartfonlarının bahalaşacağı proqnozlaşdırılır

“Apple” smartfonlarının bahalaşacağı proqnozlaşdırılır

by yunus
0 comments 0 views 1 minutes read

“Apple” Trampın tariflərindən əlavə xərcləri ödəmək üçün “iPhone” qiymətlərini artıra bilər .

BBN.az xəbər verir ki, Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni tariflər “Apple” şirkətinə ciddi təsir göstərməkdədir və bu səbəbdən şirkət yaxın gələcəkdə “iPhone” modellərinin qiymətlərini artırmaq məcburiyyətində qala bilər.

Hazırda Apple əlavə xərcləri öz üzərinə götürür. Şirkətin CEO-su Tim Kukun sözlərinə görə, cari maliyyə rübündə tariflər “Apple”a təxminən 900 milyon dollar əlavə xərc yaradacaq. Lakin bu xərclərin davamlı olaraq daxili resurslarla qarşılanması mümkün deyil. Melius Research şirkətindən analitik Ben Reitzesin fikrincə, bu məbləğ gələcəkdə ikiqat arta bilər.

ABŞ Prezidenti Donald Trampın aprelin 2-də tətbiq etdiyi yeni tariflər fonunda Apple-ın bazar dəyəri 350 milyard dollardan çox azalaraq investorların narahatlığına səbəb olub. Eyni zamanda, şirkətin səhmləri son maliyyə hesabatından sonra 4 faiz, yeni ultra nazik “iPhone” modellərinin daha qısa batareya ömrü ilə gələcəyi xəbəri fonunda isə əlavə 3 faiz ucuzlaşıb.

Tim Kuk bildirib ki, Apple tariflərin təsirini azaltmaq üçün Hindistan və Vyetnam kimi alternativ istehsal məkanlarına yönəlməyi planlaşdırır. Buna baxmayaraq, Çindəki uzunmüddətli istehsal zəncirindən tamamilə çıxmaq çətin görünür – xüsusən də şirkət gələcəkdə qatlanan ekranlı və ultra nazik dizaynlı modelləri təqdim etməyi planlaşdırırsa.

Analitiklərin ümumi fikrinə görə, uzunmüddətli dövrdə “iPhone” qiymətlərində artım baş verə bilər və bu, ən real ssenarilərdən biridir.

Qeyd edək ki, Apple 2027-ci ildə əsasən şüşədən ibarət korpusa malik, əyrilik dizaynlı iPhone təqdim etməyi planlaşdırır. Bu modeldə əvvəlki modellərdəki “monobrow” və ya “dinamik ada” yer almayacaq. Eyni ildə Apple həmçinin ilk qatlana bilən telefonu, ağıllı eynəkləri və ev robotunu da təqdim etməyə hazırlaşır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.