Home » Apple və Amazon ikinci rüb maliyyə hesabatlarını açıqladı

Apple və Amazon ikinci rüb maliyyə hesabatlarını açıqladı

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın gəliri aprel-iyun dövründə illik bazada 1% azalıb, e-ticarət nəhəngi Amazonun gəliri isə 11% artıb.

Apple aprel-iyun dövrü üçün maliyyə hesabatını açıqladı.

BBN.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də başa çatan rüblük maliyyə hesabatında Apple-ın gəliri keçən ilin eyni dövrünə görə 1% azalaraq 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar olub.

Qeyd edilən azalmaya baxmayaraq, şirkətin bazar gözləntilərini üstələyən gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi. Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan Apple-ın xalis mənfəəti 2,5% artaraq 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.

Apple ilə yanaşı ABŞ-ın e-ticarət nəhəngi Amazon da aprel-iyun dövrü üçün maliyyə hesabatını açıqlayıb.

Amazon-un bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə Amazon-un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı. Elektron ticarət nəhənginin səhm üzrə xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.