Bakı Fond Birjasında 2020-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3,003,255,880 manat təşkil etmişdir. 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 5,033,626,126 olmuşdur.
Nəticə olaraq, 2020-ci ilin yanvar-aprel ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 293%, repo əməliyyatları üzrə isə 110% böyümə qeydə alınmışdır.