Home » Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlərin nəzərinə

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlərin nəzərinə

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu aprelin 3-dən mayın 3-dək aparılacaqdır. Təlimlər 2023-cü ilin may ayının 10-da başlayacaqdır. Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 175 ünvanında keçiriləcəkdir. 
“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 04 oktyabr 380 nömrəli Qərarı ilə dəyişiklik edilmiş və dəyişikliklərə əsasən imtahanlar 2 mərhələdən 1-ə endirilmiş, təlimlərdə iştirak imtahanlardan əvvələ keçirilmiş, imtahan suallarının yalnız təlim proqramını əhatə etməsi nəzərdə tutulmuş, müvafiq ixtisasların (və ya ixtisaslaşmaların) sayı artırılmış, peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı verilmişdir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanda aşağıdakı ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər: 
1-ci sertifikat növü üzrə    peşə təhsili üzrə ixtisaslar    üzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi
    orta ixtisas təhsili üzrə ixtisaslar    şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik
    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar    biologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi
    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar    biologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik
2-ci sertifikat növü üzrə    peşə təhsili üzrə ixtisaslar    heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı
    orta ixtisas təhsili üzrə ixtisaslar    süd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik
    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar    baytarlıq təbabəti, zoomühəndislik
    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar    zootexniklik, baytarlıq
3-cü sertifikat növü üzrə    peşə təhsili üzrə ixtisaslar    
    orta ixtisas təhsili üzrə ixtisaslar    su bioehtuyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası
    ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar    balıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya
    ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar    balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya

Qeyd 1: Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur. 
Qeyd 2: Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:
1) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2) yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin surəti;
3) peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimdə iştirak ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:
Hesab: AZ58AIIB38060019440801826103
Kapital Bank ASC Yasamal filalı 
Kodu: 200037 
VÖEN: 9900003611 
Müxbir hesab: AZ37NABZ01350100000000001944 
SWİFT BİK: AIIBAZ2XXXX
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 saat (ən azı 16 saatı təsərrüfat sahələrində praktiki təcrübə), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 saat (ən azı 4 saatı təsərrüfat sahələrində praktiki təcrübə), akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 saat (ən azı 2 saatı təsərrüfat sahələrində praktiki təcrübə) olmaqla təlim təşkil edilir. Namizədlər təlim materialları ilə Aqrar Sığorta Fondu tərəfindən təmin edir.
Təlimdə iştirak etmək mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil eskpert imtahanlarına buraxılmayacaqdır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir.  
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.