Home » Aqrar Sığorta Fondu hava şəraiti ilə bağlı fermerlərə müraciət edi: “Hadisələr barədə Fonda məlumat verin”

Aqrar Sığorta Fondu hava şəraiti ilə bağlı fermerlərə müraciət edi: “Hadisələr barədə Fonda məlumat verin”

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-də də Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı keçəcəyi gözlənilir. Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aqrar Sığorta Fondu hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib. Təsərrüfatlarını sığortalayan fermerləri öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda müraciət etməyə çağırıb.

Artıq neçə gündür ki, baş verən təbiət hadisələrinin əkin sahələrinə, meyvə bağlarına vurduğu zərərlə bağlı çoxsaylı müraciətlər daxil olmaqdadır. Baş verən təbiət hadisələri nəticəsində bölgələrdə bəzi meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Təsərrüfatlarını sığorta etdirmiş fermerlər dəymiş zərərin müəyyən edilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.

Fermerlərin müraciətləri dərhal qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunurlar. Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq.

Qeyd edək ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.