Home » Aqrar Sığorta Fondunun əməkdaşları Türkiyədə təlimlərdə iştirak edir

Aqrar Sığorta Fondunun əməkdaşları Türkiyədə təlimlərdə iştirak edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Proqram çərçivəsində zərərin tənzimlənməsi sahəsində audit, əsas məhsul növləri üçün məhsuldarlıq və ərazidə zərərin qiymətləndirilməsi təcrübələri də daxil olmaqla 26 fərqli mövzuda dərslər keçirilir.

Türkiyənin Mersin şəhərində Türkiyənin dövlət dəstəkli aqrar sığorta qurumu – TARSİM-in  Bitkiçilik üzrəəsas təlim  proqramında ilk dəfə olaraq Azərbaycanın Aqrar Sığorta Fondunun əməkdaşları da iştirak edir. Proqram Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin koordinasiyası ilə, Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi və Kənd Təsərrüfatı Sığorta Hövzəsi Rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində TARSİM mütəxəssislərini yetişdirmək məqsədi ilə təşkil edilir. Təlim proqramının açılışında Kənd Təsərrüfatı və Meşə Nazirliyi Kənd Təsərrüfatı İslahatı Baş Müdir müavini Bəkir Engürülü, TARSİM İdarə Heyətinin Üzvü və baş direktoru Serpil Günal və bir çox səlahiyyətli şəxslər iştirak edib. 9-21 yanvar tarixlərində keçirilən təlimdə 200-ə yaxın ekspert iştirak edir. Proqram çərçivəsində zərərin tənzimlənməsi sahəsində audit, işgüzar və peşə etikası, ünsiyyət və bədən dili, ümumi sığorta məlumatları, kənd təsərrüfatı sığortası ilə bağlı əsas hüquqi məlumatlar, əsas məhsul növləri üçün məhsuldarlıq və ərazidə zərərin qiymətləndirilməsi təcrübələri də daxil olmaqla 26 fərqli mövzuda dərslər keçirilir. Qeyd edək ki, təlimdə Aqrar Sığorta Fondunun əməkdaşları Zülfü Məmmədov, Cavid Ocaği, İsa İbrahimli iştirak edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.