Home » ARDNF Çin Xalq Respublikasında bır sıra görüşlər keçirib

ARDNF Çin Xalq Respublikasında bır sıra görüşlər keçirib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti 24-cü Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılış mərasimində iştirak edib və bir sıra dövlət və özəl sektor qurumları ilə görüşlər keçirib.

Çin Xalq Respublikasının Dövlət Şurası Baş nazirinin müavini He Lifeng və digər dövlət qurumlarının nümayəndələri ilə 7 sentyabr tarixində keçirilən dəyirmi masa görüşündə iki ölkənin suveren sərvət fondlarının birgə fəaliyyəti üçün mövcud olan imkanlar, potensial tərəfdaşlıq sahələri, eləcə də investisiya tədbirləri çərçivəsində davamlı inkişaf və yaşıl enerji təcrübələrinin tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Çin İnvestisiya Korporasiyası sədrinin müavini Liu Haolinq, “Blackstone” investisiya qrupunun prezidenti Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flatt, Çin Xalq Bankının sədr müavini Xuan Changneng, Çinin “China Energy Engineering Corporation”, “CATL”, “HiTHIUM” və digər sənaye və enerji şirkətlərinin rəhbər nümayəndələri ilə görüşlər keçirilib və ARDNF-nin sözügedən qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və investisiya perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.