
Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarı alətlərinə yatırdığı investisiyaların 14,4 %-i 1 ilə qədər müddətə olan alətlərə yönəldilib.
İnvestisiyaların 27,7 %-i 1 ildən 3 ilə qədər, 30,5 %-i 3 ildən 5 ilə qədər, 27,4 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.
2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə, portfeldə 1 ilə qədər müddətə olan alətlərin payı 1,3 faiz bəndi artıb. Eyni zamanda, 1 ildən 3 ilə qədər olan alətlərin payı 1,6 faiz bəndi, 3 ildən 5 ilə qədər olanların payı isə 4,2 faiz bəndi yüksəlib.
Buna qarşılıq, 5 ildən artıq müddətə olan alətlərin payı 31,3 %-dən 27,4 %-ə qədər azalıb.







